“Barselona” onu satmır,  hər il maaşı artacaq
15 sentyabr 2023 15:45 (UTC +04:00)

“Barselona” onu satmır, hər il maaşı artacaq

0

“Barselona” və hollandiyalı yarımmüdafiəçi Frenkie de Yonq müqavilənin 2028-ci ilin yayına qədər uzadılmasını müzakirə edir.

Lent.az xarici mediaya istinadla bildirir ki, yeni müqavilə imzalanacağı təqdirdə, de Yonqun maaşı hər il artacaq.

Bu mövsüm 26 yaşlı hücumameyilli yarımmüdafiəçi İspaniya çempionatında Kataloniya klubunda 4 oyun keçirib və 1 qol vurub.

Transfermarkt portalının məlumatına görə, yarımmüdafiəçinin bazar dəyəri 75 milyon avro qiymətləndirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 12311

Oxşar yazılar