"Barselona"  iki gənc futbolçu   ilə müqaviləni uzadacaq
13 sentyabr 2023 16:17 (UTC +04:00)

"Barselona" iki gənc futbolçu ilə müqaviləni uzadacaq

0

"Barselona" klubun gənc futbolçuları ilə müqaviləni uzatmağa hazırlaşır.

Lent.az xarici mediaya istinadla bildirir ki, jurnalist Fabrisio Romanonun sosial şəbəkədəki səhifəsində xəbər verdiyi kimi, söhbət yarımmüdafiəçi Lamin Yamal və müdafiəçi Aleks Baldedən gedir. İnsayder "Barselona"nın idman direktoru Dekonun sözlərinə istinad edir.

İspaniya çempionatının bu mövsümündə Yamal Kataloniya klubunun dörd oyununda iştirak edib və bir məhsuldar ötürmə verib. Balde isə La Liqada üç oyunda iştirak etsə də, fərqlənməyib.

Dörd turdan sonra "Barselona" 10 xal toplayıb və hazırda turnir cədvəlinin üçüncü pilləsində qərarlaşıb.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 3174

Oxşar yazılar