“Barselona” “Mançester Siti”nin hücumçusu Erlinq Haalandı transfer etmək istəyir.
Lent.az xarici mediaya istinadla bildirir ki, Kataloniya klubu 2025-ci ildə transferi başa çatdırmağı planlaşdırır. Məlumata görə, klub transfer üçün 150 milyon funt-sterlinq təklif edəcək.
Haaland 2022-ci ilin yayında “Borussiya Dortmund”dan “Mançester Siti”yə keçib. Transfer məbləği 60 milyon avro olub. Oyunçunun klubla müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub. Transfermarkt Haalandı 180 milyon avro dəyərində qiymətləndirir.
Ötən mövsüm 23 yaşlı hücumçu bütün turnirlərdə 53 oyun keçirib, 52 qol vurub və 9 məhsuldar ötürmə edib. İngiltərə çempionatının sonunda Haaland ən yaxşı bombardir (36 qol) olub və eyni zamanda mövsümün ən yaxşı oyunçusu kimi tanınıb. “France Football” hücumçunu “Qızıl top” mükafatına namizəd göstərib.
Bu mövsüm Haaland artıq dörd Premyer Liqa matçında 6 qol vurub.
Onu da qeyd edək ki, “Barselona”nın hazırda iki hücumçusu var: Robert Levandovski və Joao Feliks.