“Barselona” braziliyalı ilə danışığa BAŞLADI
24 mart 2022 09:14 (UTC +04:00)

“Barselona” braziliyalı ilə danışığa BAŞLADI

0

“Barselona” “Lids”in vingeri Rafinyanın transferində israrlıdır.

Apasport.az saytının məlumatına görə, Kataloniya klubu Braziliya millisinin üzvü üçün danışıqlara başlayıb.

La Liqa təmsilçisinin nümayəndələrinin 25 yaşlı hücumameylli oyunçunun meneceri ilə ilk görüşü baş tutub. Rafinyanın “Lids”lə müqaviləsində 70 milyon avroluq sərbəst qalma maddəsi var. Ancaq ispanlar bunu çox yüksək hesab edir və 35 milyon avroya keçidi reallaşdırmaq fikrindədir.

Qeyd edək ki, bu mövsüm Premyer Liqada keçirdiyi 27 oyunda 9 qol vuran Rafinyanın “Lids”lə sözləşməsi 2024-cü ilin yayına kimi nəzərdə tutulub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1582

Oxşar yazılar