Azərbaycanlı məktəbli Avropa çempionu oldu - FOTO
03 mart 2022 16:29 (UTC +04:00)

Azərbaycanlı məktəbli Avropa çempionu oldu - FOTO

0

Bakı məktəblisi Türkiyədə keçirilən muay-tay idman növü üzrə Avropa çempionatında qalib gəlib.

Lent.az xəbər verir ki, Bakı şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 283 saylı tam orta məktəbin X sinif şagirdi Xəyal Əliyev bütün rəqibləri üzərində qalib gələrək I yerə layiq görülüb.

X.Əliyev bu qələbəsinə görə qızıl medalla təltif olunub.

Qeyd edək ki, bundan əvvəl də məktəbli ölkədaxili və beynəlxalq yarışlarda uğur qazanıb. 2016-cı və 2018-ci illərdə Türkiyədə keçirilən açıq Avropa Kubokunda və 2019-cu ildə İranda keçirilən beynəlxalq turnirdə I, 2019-cu ildə Türkiyədə keçirilən dünya çempionatında isə III yeri tutub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2959

Oxşar yazılar