Azərbaycan millisi Estoniya ilə heç-heçə etdi
17 iyun 2023 22:00 (UTC +04:00)

Azərbaycan millisi Estoniya ilə heç-heçə etdi

0

AVRO-2024-ün seçmə mərhələsində III turun oyunları keçirilib.

Lent.az xəbər verir ki, F qrupunda mübarizə aparan Azərbaycan millisi Estoniya ilə mübarizə aparıb.
“Dalğa Arena”dakı qarşılaşma autsayderlərin dueli sayılırdı.
Görüşdə ilk qolu qonaqlar vurublar. 27-ci dəqiqədə Rauno Sappinen fərqlənib.
İlk hissədə zəif təsir bağışlayan Azərbaycan millisi 62-ci dəqiqədə hesabı bərabərləşdirib.
Künc nöqtəsindən ötürülən topu başla qapıdan keçirən Anton Krivotsyuk qonaqları mərkəzə dəvət edib.
Qeyd edək ki, qrupumuzun digər matçında liderlər qarşılaşacaq. Bakı vaxtı ilə saat 22:45-də başlayacaq oyunda Belçika Avstriyanı sınağa çəkəcək.

AVRO-2024-ün seçmə mərhələsi
III tur, F qrupu
17 iyun
20:00. Azərbaycan – Estoniya - 1:1
Qollar: Anton Krivotsyuk, 62 - Martin Miller, 27
Baş hakim: Andrey Berka (Çexiya)
Bakı. “Dalğa Arena”

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2603

Oxşar yazılar