Azərbaycan əsilli gimnast Britaniyaya medal qazandırdı
04 noyabr 2022 04:31 (UTC +04:00)

Azərbaycan əsilli gimnast Britaniyaya medal qazandırdı

0

Böyük Britaniyanı təmsil edən Azərbaycan əsilli gimnast Cesika Qədirova Gimnastika üzrə Liverpulda keçirilən Dünya Çempionatında çoxnövçülükdə bürünc medal qazanıb. 

Lent.az-ın APA-ya istinadla xəbərinə görə, bu britaniyalı qadın gimnastın Dünya Çempionatında qazandığı ilk fərdi çoxnövçülük medalı olub. Bununla da 18 yaşlı Cesika Britaniya tarixində bir ilkə imza atıb. 

Qeyd edək ki, Cesika Qədirova ötən il İsveçrənin Bazel şəhərində keçirilmiş Avropa çempionatında da döşəmə üzərində hərəkətlərdə qızıl medal qazanmışdı.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1957

Oxşar yazılar