Azarkeşlər stadionda  qar təmizlədi
19 mart 2022 02:30 (UTC +04:00)

Azarkeşlər stadionda qar təmizlədi

0

Çaykur Didi Stadionunda azarkeşlərlə birlikdə qar təmizləmə işləri aparılıb

Türkiyə Super Liqasının 30-cu həftəsində Çaykur Rizəspor - Trabzonspor matçı öncəsi qar yağıb.

APA “Haber Türk”ə istinadən xəbər verir ki, Çaykur Didi stadionunda keçirilən oyundan əvvəl meydanın təmizlənməsinə işçilərlə yanaşı azarkeşlər də dəstək verib.

Meydançaya enən yaşıl-mavili azarkeşlər də qar kürüməklə məşğul olub.

Çaykur Rizesporun idman direktoru Fahri Tatan və vitse-prezident Yılmaz Zehiroğlu da qar təmizləmə işlərinə qatılıb.

Qısa müddətdə meydança təmizlənib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1941

Oxşar yazılar