Azarkeşlər PSJ-yə keçən futbolçunu təhqir etdilər
04 sentyabr 2023 18:28 (UTC +04:00)

Azarkeşlər PSJ-yə keçən futbolçunu təhqir etdilər

0

“Lion”un fəal azarkeşləri komandanın sabiq futbolçusu Bredli Barkolu vəhşicəsinə təhqir ediblər. 

Lent.az xarici KİV-ə istinadla bildirir ki, bu, Liqa 1-də “Lion” - PSJ matçı zamanı baş verib.

Fasiləyə qədər PSJ rəqibin qapısına dörd qol vuraraq görüşün taleyini öz xeyrinə həll edib. Meydan sahiblərinin bacardığı yeganə şey fasilədən sonra penaltidən bir qol vurmaq olub.

Lakin ən maraqlı epizod matçın 75-ci dəqiqəsində baş verib. Parisli hücumçu Bredli Barkol meydana çıxıb. Azarkeşlər sanki açıq şəkildə bunu gözləyiblər. Onlar məğlubiyyətə görə bütün neqativləri futbolçunun üzərinə töküblər.

Məsələ burasındadır ki, Barkolja məhz bu yay “Lion”dan 45 milyon avroya PSJ-yə keçib və yerli azarkeşlərin gözündən düşüb.

Azarkeşlər Barkola qarşı “Fırtına zamanı doğma klubu tərk etdin, pislik!”, deyə şüar səsləndiriblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2361

Oxşar yazılar