“Ayaks” tarixində İLK: Ardıcıl 9 oyunda  məğlub olub
27 oktyabr 2023 17:52 (UTC +04:00)

“Ayaks” tarixində İLK: Ardıcıl 9 oyunda məğlub olub

0

Amsterdamın "Ayaks" klubu Avropa Liqasının qrup mərhələsinin III turu çərçivəsində səfərdə "Brayton"a uduzub (0:2).

Lent.az xarici mediaya istinadən bildirir ki, İngiltərə komandasının qollarını Joao Pedro (42-ci dəqiqə) və 53-cü dəqiqədə “Barselona2Dan icarə əsasında götürülən Ansu Fati vurub.

Hollandiyanın ən titullu klubu son doqquz oyunda 6 məğlubiyyətlə üzləşob və heç bir qələbə qazana bilməyib.

Bu, ölkənin peşəkar liqasının formalaşdığı ən azı 1954-cü ildən bəri klubun tarixində ən pis nəticədir.

Amsterdamlılar sonuncu dəfə avqustun 24-də Avropa Liqasının pley-off mərhələsinin seçmə mərhələsi çərçivəsində “Ludoqorets”lə səfər oyununda (1:4) qalib gəlib.

“Brayton”a məğlubiyyətdən sonra 36 qat Hollandiya çempionu B qrupunda sonuncu pilləyə düşüb. Çempionatda “Ayaks” sondan əvvəlki, 17-ci pillədə qərarlaşıb və cəmi 5 xalı var. Sentyabrın 29-u bazar günü komanda səfərdə çempionatın lideri PSV ilə qarşılaşacaq.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 3155

Oxşar yazılar