Avropada  ən titullu   komanda oldu
19 iyun 2023 10:50 (UTC +04:00)

Avropada ən titullu komanda oldu

0

İspaniya millisi beynəlxalq turnirlər tarixində Avropanın ən titullu komandası olub.

Lent.az xəbər verir ki, iyunun 18-də milli komanda finalda Xorvatiyanı məğlub edərək Millətlər Liqasının qalibi olub və tarixində beşinci kuboku qazanıb. Bundan əvvəl ispanlar 2010-cu ildə dünya, 1964, 2008 və 2012-ci illərdə Avropa çempionu olublar.

Milli komanda müxtəlif  kubokların sayına görə Almaniya millisini qabaqlayıb.

Millətlər Liqasının final oyunun əsas və əlavə vaxtı qalibi müəyyən etməyib və qolsuz bərabərliklə yekunlaşıb. Penaltilər seriyasında ispanlar daha dəqiq olub - 5:4. Qələbə qolunu Daniel Karvahal vurub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1760

Oxşar yazılar