Avropa çempionatının əsas atributlarından birinin ilk fotoları sosial şəbəkələrə sızıb.
Növbəti Avropa çempionatının başlamasına hələ bir ilə yaxın vaxt var və hələlik komandalar yalnız turnirə vəsiqə qazanır. Bununla belə, “Avro 2024” üçün topun dizaynı artıq məlum olub.
Turnirin əsas atributlarından birinin ilk fotolarını “Footyheadlines” portalı yayıb. “Adidas” hazırladığı “Avro 2024” topunun dizaynı onun turnirin əvvəllər elan edilmiş loqosu ilə uyğunluğunu aydın şəkildə göstərir.
Top qara, sarı, qırmızı və yaşıl üçbucaqlı naxışlarla əsasən ağ rəngdədir. “Avro 2024” loqosu və “Adidas” loqosu mavi rəngdədir.
Xatırladaq ki, Avro loqosu Olimpiya stadionunun damının formasında birləşən iştirakçı ölkələrin bayraqlarının rənglərində olan 24 seqmentdən ibarətdir.