AVRO-2023:  Millimiz bu gün 3-cü matçını keçirəcək
08 oktyabr 2021 09:04 (UTC +04:00)

AVRO-2023: Millimiz bu gün 3-cü matçını keçirəcək

0

 

Bu gün 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması AVRO-2023-ün seçmə mərhələsində üçüncü matçını keçirəcək.

Apasport.az saytının məlumatına görə, A qrupunda mübarizə aparan yığmamız Finlandiya ilə qarşılaşacaq.

Bu, Milan Obradoviçin yetirmələrinin ilk ev sınağı olacaq. Bunadək səfərdə Xorvatiyaya 0:2, Avstriyaya 0:6 hesabı ilə uduzan yığma ilk xal və ilk qol üçün meydana çıxacaq.

Qarşılaşma Sumqayıtdakı “Kapital Bank Arena”da baş tutacaq. Oyunun start fiti saat 20:30-da veriləcək.

Qeyd edək ki, qrupun bu gün keçiriləcək digər oyunlarında Xorvatiya Norveçi, Estoniya Avstriyanı qəbul edəcək.

U-21-lər arasında Avropa çempionatının seçmə mərhələsi
A qrupu, 8 oktyabr
20:30. Azərbaycan – Finlandiya

Baş hakim: Viktor Şimusik (Belarus)
Sumqayıt. “Kapital Bank Arena”

1

Norveç

2

2

0

0

8-1

6

2

Xorvatiya

2

2

0

0

4-0

6

3

Avstriya

3

2

0

1

9-3

6

4

Finlandiya

2

1

0

1

3-2

3

5

Azərbaycan

2

0

0

2

0-8

0

6

Estoniya

3

0

0

3

0-10

0

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1420

Oxşar yazılar