“Arsenal” İngiltərədə ilk komandadır: Rəqibinə  100-cü dəfə   qalib gəldi
02 mart 2023 16:40 (UTC +04:00)

“Arsenal” İngiltərədə ilk komandadır: Rəqibinə 100-cü dəfə qalib gəldi

0

Martın 1-də "Arsenal" Premyer Liqanın 7-ci turunun təxirə salınmış oyununda öz meydanında "Everton"u 4:0 məğlub edib.

Lent.az-ın xarici mediaya istinadən məlumatına görə, “Arsenal” üçün bu qələbə İngiltərə çempionatının yüksək divizionunda “Everton” üzərində 100-cü qələbə olub. Topçular İngiltərədə liqada müəyyən bir rəqibə 100 dəfə qalib gələn ilk komanda olub.

Ümumilikdə “Arsenal” Premyer Liqada “Everton”la 204 oyun keçirib, 100 qələbə qazanıb, 61 məğlubiyyəti var və 43 heç-heçə edib.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1754

Oxşar yazılar