“Real”ın baş məşqçisi Karlo Ançelotti Madrid klubunun keçmiş baş məşqçisi Zinəddin Zidanın nailiyyətini geridə qoyub.
Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, bu, La Liqanın 5-ci turunda “Real Sosyedad” üzərində qazanılan qələbə (2:1) sayəsində baş verib.
Bu qələbə italyan üçün baş məşqçi kimi 173-cü olub. O, Zidanı ötüb və klub tarixində qələbə sayına görə ikinci yerdədir. Yalnız Miqel Munosada (357) qələbə sayı çoxdur.
Karlo Ançelotti İspaniya çempionatında 112, Çempionlar Liqasında 36, İspaniya Kubokunda 17, Klublararası Dünya Çempionatında 4, Avropa Superkuboklarında 2 və İspaniya Superkubokunda 2 qələbə qazanıb.