52 yaşlı almaniyalı Markus Qisdol ildə 1 milyon avro məvacibə belə razılaşmayıb və Moskvanın “Lokomotiv” klubunun baş məşqçisi postundan istefa verib.
Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, o, bununla da Rusiyanın Ukrayna ilə bağlı hərəkətlərinə etiraz edib.
“Mənim üçün futbol məşqçisi olmaq dünyanın ən yaxşı işidir. Amma lideri Avropanın mərkəzində müharibəyə cavabdeh olan bir ölkədə öz peşəmi yerinə yetirə bilmərəm. Bu, mənim dəyərlərimə uyğun gəlmir, ona görə də dərhal “Lokomotiv”in məşqçisi vəzifəsindən istefa verdim”, - Markus vurğulayıb.
Almaniyalı mütəxəssis deyib ki, Moskvadakı bazada oyunçular yetişdirə, peşəkarlıq tələb edə bilməz:
“Çünki buradan bir neçə kilometr aralıda bütöv bir xalqa böyük iztirab gətirən əmrlər verilir”.