"Allah  ruhun dözə biləcəyindən   artıq sınaq vermir" – Poqba zədəsindən DANIŞDI
14 mart 2023 15:54 (UTC +04:00)

"Allah ruhun dözə biləcəyindən artıq sınaq vermir" – Poqba zədəsindən DANIŞDI

0

Pol Poqba aldığı zədəni ruhun sınağı adlandırıb.

Lent.az bildirir ki, bu barədə İtaliya mətbuatı xəbər yayıb.

"Yuventus"un yarımmüdafiəçisi məşqdə cərimə zərbələrini yerinə yetirərkən əzələsindən zədə alıb. Poqbanın üç həftəyə qədər buraxacağı gözlənilir, lakin fransız futbolçunun sağalmasının bir aya qədər çəkə biləcəyi bildirilir.

Poqba “Instagram”da "Allah ruhun dözə biləcəyindən artıq imtahan verməz" yazıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1894

Oxşar yazılar