2010-cu ildən bəri İLK DƏFƏ: “Real”  öz meydanında...
03 mart 2023 13:55 (UTC +04:00)

2010-cu ildən bəri İLK DƏFƏ: “Real” öz meydanında...

0

"Real" 2010-cu ildən bəri ilk dəfə olaraq İspaniya Kubokunun yarımfinalında martın 2-də "Barselona" ilə keçirilən oyunda (0:1) rəqibin qapısı istiqamətində bir zərbə vura bilməyib.

Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, Bundan əvvəl sonuncu dəfə “Kral klubu”nun futbolçuları 2013/2014 mövsümündə öz meydanında bunu edə bilməyib. Həmin oyunda da “Real”in rəqibi “Barselona” olub. 

Onu da qeyd edək ki, “Real” – “Barselona” oyunu madridlilər üçün 2022-ci ilin fevralından bəri rəqib qapısı tərəfə zərbə vurulmayan ilk oyun olub. Madridlilər 1970-ci ildən bəri öz meydanında İspaniya kubokunda kataloniyalıları məğlub etmir.

İspaniya kubokunun 1/2 final mərhələsində "Real" və "Barselona"nın cavab oyunu aprelin 5-də Barselonada keçiriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1795

Oxşar yazılar