18 milyona Premyer Liqaya qayıdır
04 yanvar 2022 10:18 (UTC +04:00)

18 milyona Premyer Liqaya qayıdır

0

 

“Atletiko”nun futbolçusu Kiran Trippyerin “Nyukasl”a keçidi yaxın günlərdə rəsmiləşəcək.

Lent.az-ın Apasport-a istinadən məlumatına görə, klublar arasında danışıqlar yekunlaşmağa yaxındır.

“Mançester Siti”, “Barnsli”, “Bernli” və “Tottenhem”də oynamış 31 yaşlı ingiltərəli müdafiəçi karyerasını vətənində davam etdirmək istəyir. 2019-cu ilin yayında “Tottenhem”dən “Atletiko”ya 22 milyon avroya keçən Kiranın müqaviləsi 2023-cü ildə başa çatacaq.

Lakin madridlilər onu 18 milyona buraxmağa hazırdır. Cari mövsümdə La Liqada 17 matç keçirən futbolçu 3 ildən sonra yenidən Premyer Liqada çıxış edə biləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1434

Oxşar yazılar