2007-ci ildən bəri ilk dəfə “Əl-Nasr” və Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo FİFA-nın ilin komandasına daxil edilməyib.
Lent.az xarici mediaya istinadən xatırladır ki, Ronaldo 2022-ci ili İngiltərənin "Mançester Yunayted"inin tərkibində keçirib.
Dünya çempionu Argentina yığmasının və Fransa çempionu PSJ-nin 35 yaşlı hücumçusu Lionel Messi ardıcıl 16-cı dəfə ilin simvolik komandasına daxil olub.
2022-ci ilin simvolik komandası
Qapıçı
Tibo Kurtua (“Real”, Belçika)
Müdafiəçilər
Joao Kanselo (“Mançester Siti”/”Bavariya”, Portuqaliya)
Vircil van Deyk (“Liverpul”, Hollandiya)
Əşrəf Hakimi (PSJ, Mərakeş)
Yarımmüdafiəçilər
Kazemiro (“Real” /”Mançester Yunayted”, Braziliya)
Kevin de Bruyne (“Mançester Siti”, Belçika)
Luka Modriç (“Real”, Xorvatiya)
Hücumçular
Kərim Benzema (“Real”, Fransa).
Erlinq Haaland (“Borussiya” Dortmund/“Mançester Siti”, Norveç)
Kilian Mbappe (PSJ, Fransa)
Lionel Messi (PSJ, Argentina)