"Mənimlə pul söhbəti edə bilməzsən" dedi, öldürüldü <span style="color:red;">- DÜNƏNKİ QƏTLİN TƏFƏRRÜATI
05 fevral 2016 15:43 (UTC +04:00)

"Mənimlə pul söhbəti edə bilməzsən" dedi, öldürüldü - DÜNƏNKİ QƏTLİN TƏFƏRRÜATI

0

 

Dünən Xızı rayonunun Giləzi qəsəbəsində törədilmiş qətlin təfərrüatı məlum olub. Lent.az-ın hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, hadisəni törədən 1989-cu il təvəllüdlü Babək Əzimov qəsəbədə kafe və mağaza işlədirmiş. 1992-ci il təvəllüdlü Elmir Qulamovun bir müddət imiş ki, B.Əzimovgilin işlətdiyi mağazaya borcu varmış.

 

Bu günlərdə B.Əzimov E.Qulamova borclarını ödəməklə bağlı söz göndərib. Onun bu hərəkəti 24 yaşlı Elmirə xoş gəlməyib və o, dünən Babəkin yaşadığı evə gələrək onu bayıra çağırtdırıb.

 

B.Əzimov ilkin ifadəsində bildirib ki, Elmiri ipə-sapa yatmayan adam kimi tanıyırmış və buna görə də ondan pulu ehtiyatla istəyib. Üstəlik dünən E.Qulamov onların evinə gələndə Babək ona borcu bağışladıqlarını deyib. E.Qulamov isə ona "Məni Giləzidə hamı tanıyır, mənimlə belə danışa bilməzsən, mənimlə pul söhbəti edə bilməzsən" deyib. Bundan sonra tərəflər arasında münaqişə yaranıb və E.Qulamovun onu bıçaqla vurmaq istədiyini görən Babək Əzimov evdən çıxanda götürdüyü bıçaqla ona zərbə endirib.

 

Faktla bağlı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (aəsdən adam öldürmə) maddəsi ilə iş başlanılıb, araşdırmalar davam etdirilir.

 

*****

 

15:15

 

Xızı rayonunun Giləzi qəsəbəsində qətl törədilib. Lent.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, fevralın 4-də Xızı rayonunun Giləzi qəsəbəsində yaşayan Elmir Qulamovun üzərində kəsilmiş-deşilmiş xəsarətlər olan meyiti yaşadığı ərazidə tapılıb.

 

Xızı RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətmiş Bakı şəhər sakini Babək Əzimov tutulub. Ondan hadisəni törədərkən istifadə etdiyi mətbəx bıçağı götürülüb.

 

Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 551

Oxşar yazılar