Nardaranda həlak olan digər polisin də kimliyi bilindi - <span style="color:red;">YENİLƏNİB
27 noyabr 2015 11:57 (UTC +04:00)

Nardaranda həlak olan digər polisin də kimliyi bilindi - YENİLƏNİB

0

Dünən Nardaranda baş verən silahlı insidentdə ölənlərin adları məlum olub.

 

Lent.az haqqin.az-a istinadən xəbər verir ki, məlum hadisədə ölən digər polis əməkdaşı Tağıyev İsmayıl Rəsul oğludur. O, peşəkar idmanla məşğul olurmuş və 2012-ci ildə veteranlar arasında Avropa çempionu tituluna yiyələnibmiş.

 

*****

 

10:38

 

Ötən gün Nardarandakı silahlı toqquşmada şəhid olan polisin kimliyi bilinib.

 

Lent.az femida.az-a istinadən xəbər verir ki, həlak olan polis zabiti 1975-ci il təvəllüdlü mayor Vüqar Nəsibovdur. O, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyatçısı olub. V.Nəsibov evli olub, iki övladı var. Mərhum polis əməkdaşı "kick-boks" idman növü üzrə dəfələrlə çempion olub.

 

V.Nəsibov bu gün II Fəxri xiyabanda dəfn ediləcək. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 544

Oxşar yazılar