Metronun qarşısında özünü yandırdı - YENİLƏNİB
23 noyabr 2015 12:31 (UTC +04:00)

Metronun qarşısında özünü yandırdı - YENİLƏNİB

0

Bu gün Binəqədi rayonunda özünü yandıraraq intihara cəhd edən şəxsin kimliyi dəıqiqləşib. Lent.az aznews.az-a istinadən xəbər verir ki, “Azadlıq Prospekti” metrostansiyası yaxınlığında, 8-ci mkr. S.S.Axundov küçəsində özünü yandıran şəxs Naxçıvan Muxtar Respublikasının Şərur rayonu, Səməd Vurğun küçəsində yaşayan 1981-ci il təvəllüdlü Malik Abbas oğlu Hüseynov olub.

 

Təcili yardım maşını vasitəsilə Respublika Yanıq Mərkəzinə aparılan M.Hüseynova yuxarı ətraf və nəfəs yollarının 3-4-cü dərəcəli yanığı diaqnozu qoyulub. Hazırda o, reanimasiya şöbəsindədir. Vəziyyəti ağırdır.

 

 

 

 

*****

 

12:31

 

Bu gün Bakı metrosunun "Azadlıq" stansiyasının yaxınlığında intihara cəhd olub. Lent.az-ın məlumatına görə, bank filiallarından birinin qarşısında 30-35 yaşlı şəxs üstünə benzin tökərək özünü yandırıb. O, təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıb.

 

Faktla bağlı araşdırmalara başlanılıb.

 

Hadisə ilə bağlı ilk xəbəri moderator.az yayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 377

Oxşar yazılar