Dünən Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisindən 35-40 yaşlı kişi koma vəziyyətində xəstəxanaya gətirilib və orada ölüb. Qaradağ rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, 9 saylı birləşmiş şəhər xəstəxanasına gətirilən şəxsin 1977-ci il təvəllüdlü Emin Məmmədov olması müəyyən edilib.
Ölüm faktının səbəbi ilə bağlı ekspertiza təyin edilib, araşdırma aparılır.