İlhamə Quliyevanın köməkçisinin şikayəti təmin edilmədi
17 fevral 2016 16:02 (UTC +04:00)

İlhamə Quliyevanın köməkçisinin şikayəti təmin edilmədi

0

 

Bu gün Bakı Apellyasiya Məhkəməsində xalq artisti İlhamə Quliyevanın həbsdə olan köməkçisi Mehriban Hüseynovanın apellyasiya şikayətinə baxılıb.

M. Hüseynovanın vəkili Vasif Mirzəyevin Lent.az-a verdiyi məlumata əsasən, məhkəmə Səbail rayon məhkəməsinin çıxardığı qərarı qüvvədə saxlayıb. 

Qeyd edək ki, M. Hüseynova Cinayət Məcəlləsinin 29.180-ci (soyğunçuluq etməyə cəhd) maddəsinə əsasən ittiham olunur. O, İ. Quliyevanın şikayəti əsasında saxlanılıb.

Səbail rayon Məhkəməsinin qərarı ilə Mehriban Hüseynova barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 3 ay uzadılıb. Apellyasiya şikayəti həmin qərardan verilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 314

Oxşar yazılar