Dəqiqədə 2000 atəş açır:  səssiz elektromaqnit silahı  yaradılıb
13 aprel 2026 13:05 (UTC +04:00)

Dəqiqədə 2000 atəş açır: səssiz elektromaqnit silahı yaradılıb

0

Silah gücünü qeyri-öldürücü səviyyədən ölümcül səviyyəyə qədər dəyişə bilir. 

Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, Çin tərtibatçılarının iddiasına görə dəqiqədə 2000 atəş aça bilən və demək olar ki, səssiz işləyən yeni elektromaqnit silah təqdim edib.

Layihə dövlətə məxsus China South Industries Group tərəfindən hazırlanıb. Məlumata görə, cihaz kompakt ölçülüdür, tapançaya bənzəyir və üzərində enerji səviyyəsini və “sursat” miqdarını real vaxtda göstərən sensor ekran var.

Silah elektromaqnit bobinlər əsasında işləyir və Gauss topu prinsipinə bənzər texnologiyadan istifadə edir. O, maqnit sahəsinin təsiri ilə sürətləndirilən kiçik metal mərmilər atır.

Tərtibatçılar bildirir ki:

• demək olar ki, səs çıxarmır 

• giliz buraxmır 

• tüstü əmələ gətirmir 

Bu xüsusiyyətlər onu gizli əməliyyatlar üçün potensial uyğun edir.

Silahın lüləsi 30 santimetrdir və onlarla metr məsafədən taxta səthləri deşə bilir. Eyni zamanda güc səviyyəsi tənzimlənə bilir - aşağı səviyyədə qeyri-öldürücü, maksimum gücdə isə ciddi təhlükə yarada bilər.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 343

Oxşar yazılar