"Real"ın keçmiş ulduz müdafiəçisi Marselo əfsanəvi Romarionun podkastında çıxış edib.
Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, kimin daha yaxşı olduğu sualından yayınmaq mümkün deyildi, Lionel Messi, yoxsa Kriştiano Ronaldo.
Marselo onlardan biri ilə eyni komandada oynayıb, digəri ilə isə "El-Klassiko" zamanı qarşılaşıb.
Braziliyalı gözlənilmədən cavab verib: "Messi. O, inanılmazdır".
