Keçmiş həyatda kim olmusunuz?
13 aprel 2026 16:41 (UTC +04:00)

Keçmiş həyatda kim olmusunuz?

0

Bəzən insanı qəribə bir tanışlıq hissi bürüyür, sanki yaşadığı anı artıq bir dəfə yaşamış kimi hiss edir. Dejavu adlanan bu vəziyyət bəzi inanclara görə, ruhun keçmiş həyatda yaşadıqlarına işarə ola bilər.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, hər bir insanın ruhu əvvəl də bu dünyada olub və keçmiş həyat təcrübələri indiki həyatına təsir göstərir. İstedadlar, emosiyalar, hətta bəzi qərarlar belə bu ruhi yaddaşın davamı kimi izah olunur.

Araşdırmalara görə, insanın keçmiş həyatda kim olduğu onun doğum tarixinin gün hissəsi ilə əlaqələndirilir.

Doğum tarixinizə görə keçmiş həyatınız

Ayın gününə diqqət yetirin – ay və il nəzərə alınmır.

1, 10, 19, 28-də doğulanlar

Bu tarixlərdə doğulanların keçmiş həyatı müstəqil və təşəbbüskar olub. Onlar ehtimal ki, kəşfiyyatçı, səyyah və ya mühüm bir yeniliyin iştirakçısı olublar. Yeni yerləri araşdırmaq onların əsas məqsədi idi. Bu səbəbdən bəzən tənhalıq hissi də yaşayıblar.

2, 11, 20, 29-da doğulanlar

Sakit və balanslı həyat sürən bu insanlar keçmişdə mübahisələri həll edən, ədalətli və etibarlı şəxs kimi tanınıblar. Onlar mediator, hüquq mütəxəssisi və ya dövlət xidmətində çalışan biri ola bilərdilər.

3, 12, 21, 30-da doğulanlar

Bu tarixlər yaradıcılıq və intellektlə əlaqələndirilir. Keçmiş həyatınızda yazıçı, alim və ya sənətçi olmuş ola bilərsiniz. Sizin əsərləriniz və fikirləriniz bu gün də təsirini davam etdirə bilər.

4, 13, 22, 31-də doğulanlar

Siz qurucu və yaradıcı bir şəxs olmusunuz. Keçmişdə tikdiyiniz strukturlar – istər sadə ev, istərsə də böyük tikili – bu gün də mövcud ola bilər. Praktik və dözümlü xarakterinizlə seçilmisiniz.

5, 14, 23-də doğulanlar

Bu tarixlər dəyişiklik və azadlıqla bağlıdır. Siz keçmişdə inqilabçı və ya böyük dəyişikliklərə səbəb olan şəxs ola bilərsiniz. Ədalət uğrunda mübarizə ruhunuzun əsas xüsusiyyətidir.

6, 15, 24-də doğulanlar

Ailə və ev mövzusu sizin üçün çox önəmlidir. Keçmiş həyatınızda ya xoşbəxt ailə həyatı yaşamısınız, ya da məcburi köç və ayrılıqlar yaşamısınız. Bu həyatınızda sabitlik axtarışınız bununla bağlı ola bilər.

7, 16, 25-də doğulanlar

Siz keçmişdə alim, filosof və ya tədqiqatçı olmusunuz. Kəşfləriniz insanların həyatına təsir edib. Bu gün də öyrənməyə və araşdırmağa olan marağınız həmin həyatın davamıdır.

8, 17, 26-da doğulanlar

Bu tarixlərdə doğulanlar keçmişdə varlı və nüfuzlu olublar. Onlar yüksək təbəqəyə və ya hətta kral ailəsinə mənsub ola bilərdilər. Lakin əsas dərsləri paylaşmaq və səxavət göstərmək olub.

9, 18, 27-də doğulanlar

Bu insanlar “köhnə ruh” hesab olunur. Onların keçmiş həyat xatirələri yuxular və hisslər vasitəsilə üzə çıxa bilər. Keçmişdə kahin, sehrbaz və ya ruhani lider olmuş ola bilərlər. Bu həyatda isə ruh və maddi dünya arasında balans tapmaq vacibdir.

Mütəxəssislər vurğulayır ki, bu kimi yanaşmalar daha çox fərdi maraq və özünü tanıma baxımından dəyərləndirilməlidir və həyat qərarları üçün əsas götürülməməlidir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 308

Oxşar yazılar