Bakıda qadın dəm qazından zəhərlənib. Lent.az-ın məlumatına görə, bu gecə saat 00:20 radələrində Bayıl qəsəbəsi, Buxta küçəsi 37 ünvanında yaşayan Heyranova Ülviyyə Aydın qızı hamamda dəm qazından zəhərlənib. Xəstə dərhal Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə çatdırılıb.
Ü.Heyranovanın vəziyyətinin normallaşdığı bildirilir.