Bulvarda intihar edən qızla bağlı yeni xəbər
27 oktyabr 2015 10:03 (UTC +04:00)

Bulvarda intihar edən qızla bağlı yeni xəbər

0

Dünən gecə Bakı bulvarında baş vermiş dəhşətli intihar hadisəsinin təfərrüatı məlum olub. Lent.az-ın hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, saat 20:45 radələrində Dənizkənarı Milli Markın “Sadko” kafesi yaxınlığındakı hissəsində özünü dənizə atan 1997-ci il təvəllüdlü Həmidə Məmmədova bir neçə gün əvvəl Beyləqan rayonundan müalicə məqsədilə Bakıya qohumlarının evinə qonaq gəlibmiş.

 

Qeyd edək ki, FHN-in xilasediciləri tərəfindən meyiti sudan çıxarılan H.Məmmədovanın üzərində hər hansı zorakılıq əlaməti aşkarlanmayıb.

 

 

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

 

*****

 

21:48

 

Bakıda intihar hadisəsi baş verib.

 

APA-nın məlumatına görə, hadisə bu gün Dənizkənarı Milli Parkda qeydə alınıb.

 

Beyləqan rayon sakini, 18 yaşlı  Məmmədova Həmidə Ramiz qızı özünü dənizə atıb.

 

Mərhumun meyiti FHN əməkdaşları tərəfindən sudan çıxarılıb. Hazırda hadisə yerində prokurorluq və polis əməkdaşları araşdırma aparırlar.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 536

Oxşar yazılar