Bakıda şaxtalı hava 6 nəfəri xəstəxanalıq etdi
04 yanvar 2016 10:33 (UTC +04:00)

Bakıda şaxtalı hava 6 nəfəri xəstəxanalıq etdi

0

Bayram günlərində təcili tibbi yardıma çağırışların sayı 2000-i keçib. Bu barədə Lent.az-a Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkiminin müavini Oqtay Şahmalıyev məlumat verib. O bildirib ki, bayram günlərində adi günlərə nisbətən çağırışların sayı 10% artıb. Çağırışların çoxu ürək-damar xəstəlikləri ilə əlaqədar olub.

 

Bayram günlərində Bakıda havanın şaxtalı keçməsi və qar yağması ilə əlaqədar 6 nəfər xəsarət alıb. Onların hamısı xəstəxanaya yerləşdirilib. 

 

Qidadan zəhərlənmə üzrə 4 fakt qeydə alınıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 288

Oxşar yazılar