Bu gün saat 07:35 radələrində Bakıda intihara cəhd olub. Lent.az-ın məlumatına görə, Sabunçu rayonu Pirşağı qəsəbə sakini Zeynalov Vüsal Əli oğlu 102 xidmətinə zəng vuraraq şəhərin mərkəzində özünü yandıracağını deyib. Səbəb kimi isə o, banklara borcu olduğunu və ödəyə bilmədiyini göstərib.
Həmin şəxs Filarmoniyanın qarşısında saxlanılıb və polis bölməsinə aparılıb.
Araşdırma aparılır.