Bakıda vəzifəli şəxsin avtomobilinin şüşəsini sındırdılar
22 yanvar 2016 16:30 (UTC +04:00)

Bakıda vəzifəli şəxsin avtomobilinin şüşəsini sındırdılar

0

Bakıda oğurluq hadisəsi baş verib. Lent.az-ın məlumatına görə, Yasamal rayon Araz küçəsi 2 ünvanının qarşısında Xətai rayon sakini Ələkbərzadə Əlövsət Mətləb oğlunun “Toyota Land Cruiser” markalı avtomobilindən 300 manat və bahalı telefon oğurlanıb. Yanvarın 20-də saat 12-dən 14:45 radələrinədək olan müddətdə naməlum şəxs və ya şəxslər avtomobilin sol arxa şüşəsini sındıraraq oğurluq əməlini gerçəkləşdiriblər. Ə.Ələkbərzadə hadisə ilə bağlı dərhal polisə müraciət edib.

 

Faktla bağlı əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

 

Qeyd edək ki, Ə.Ələkbərzadə Prezident yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyada aparıcı məsləhətçi vəzifəsində çalışır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 416

Oxşar yazılar