Bakıda tanınmış ekstrasens qəfil öldü<span style="color:red;"> - KÖMƏK ETMƏK MÜMKÜN OLMADI  - <span style="color:red;">YENİLƏNİB
30 iyun 2016 11:23 (UTC +04:00)

Bakıda tanınmış ekstrasens qəfil öldü - KÖMƏK ETMƏK MÜMKÜN OLMADI - YENİLƏNİB

0

Bakıda tanınmış ekstrasens Timur Nəsirovun ölümü ilə bağlı bəzi məqamlar üzə çıxıb. Lent.az-ın əldə etdiyi məlumata görə, 29 yaşlı ekstrasens xeyli müddət əvvəl hər iki valideynini itiribmiş.  Son illərdə bir neçə dəfə ailə quran və bütün izdivacları uğursuz olan ekstrasens Yeni Günəşlidə dostunun evində qalırmış. Ailəli olan dostu, Timura bir çox məsələlərdə dəstək olurmuş.

 

Bildirilir ki, dünən özünü narahat hiss edən T.Nəsirova tibbi yardım göstərilməsi üçün təcili tibbi yardıma da müraciət edilib. Lakin artıq gec olub və gənc ekstrasens vəfat edib.

 

Qeyd edək ki, T.Nəsirovun birinci evliliyindən 5 yaşlı oğlu qalıb.

 

*****

 

10:28

 

Bakıda tanınmış ekstrasens vəfat edib. Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə Yeni Günəşli qəsəbəsində baş verib. Bir sıra televiziya proqramlarında iştirak edən və tanınan ekstrasens Nəsirov Timur Ələkbər oğlu dostunun evində ölüb. İlkin araşdırmadan sonra məlum olub ki, 1987-ci il təvəllüdlü Timur Nəsirov mədə xəstəliyi nəticəsində vəfat edib.

 

Bildirilir ki, ekstrasens xeyli vaxt imiş ki, mədəsindən şikayətlənirmiş.

 

Qeyd edək ki, bir müddət əvvəl T.Nəsirovun qətlə yetirilməsi ilə bağlı məlumat yayılmışdı. Bildirilirdi ki, o, bir nəfər tərəfindən Dağıstan Respublikasına dəvət olunub. Amma onun evə gətirilməyi ailədə narazılığa səbəb olub.

 

Daha doğrusu, ailə üzvləri cadugərin evə gətirilməyinə kəskin şəkildə etirazlarını bildiriblər və dava düşüb. Münaqişə zəminində Nəsirov qətlə yetirilib. Lakin sonradan bu məlumat təsdiqini tapmamışdı.

 

Qeyd edək ki, üç dəfə ailəli olmuş T.Nəsirov ANS-də yayımlanan "Adam içində" verilişinin daimi ekspertlərindən idi.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 813

Oxşar yazılar