Bakıda metronun yaxınlığında qadının qanını tökdülər
04 dekabr 2015 16:23 (UTC +04:00)

Bakıda metronun yaxınlığında qadının qanını tökdülər

0

Bakıda qadın bıçaqlanıb. Lent.az-ın məlumatına görə, hadisə Xətai rayonu Məhəmməd Hadi küçəsində - metronun "Əhmədli" stansiyasının yaxınlığında baş verib. 1984-cü il təvəllüdlü Nəbiyeva Günel Ramazan qızına yaxınlaşan şəxs və ya şəxslər bıçaqla ona xəsarətlər yetirib. Bıçaq zərbələrindən biri 31 yaşlı qadının bel nahiyəsindən daxilə nüfuz edib. O, ağır vəziyyətdə Mərkəzi Neftçilər Xəstəxanasına çatdırılıb.

 

Hadisəni törədən şəxs və yaşəxslərin kimliyi məlum deyil.

 

G.Nəbiyevanın hansı səbəbdən bıçaqlanması da hələlik dəqiqləşməyib.

 

Faktla bağlı cinayət işi açılıb, əməliyyat-axtarış tədbirləri aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 458

Oxşar yazılar