Bu gün Fövqəladə Hallar Nazirliyinin “Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzi”nə Bakı şəhəri, Yasamal rayonunda mənzildə 1953-cü il təvəllüdlü Əhmədov Elçin Hüseyn oğlunun bağlı qapı arxasında qalması barədə müraciət daxil olub. Lent.az nazirliyin saytına istinadən xəbər verir ki, hadisə yerinə cəlb edilmiş xilasedicilər mənzilin giriş qapısını açıb və adı çəkilən şəxsin cəsədini aşkar ediblər.
E.Əhmədovun cəsədi aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 14:05-də başa çatıb.