Bakıda 200 manata görə adam öldürdülər <span style="color:red;">- TƏFƏRRÜAT
12 noyabr 2015 11:54 (UTC +04:00)

Bakıda 200 manata görə adam öldürdülər - TƏFƏRRÜAT

0

Dünən Bakıda törədilmiş qətlin bəzi təfərrüatları məlum olub. Lent.az-ın məlumatına görə, Maştağa sakini 38 yaşlı Tofiq Şəkərov həmyerlisi, 28 yaşlı İsmayıl Abduləliyevi pul borcuna görə öldürüb.

 

Belə ki, İ.Abduləliyevin məhəllədən tanıdığı Tofiqə 200 manata yaxın borcu olub və bir müddət imiş borcu qaytarmağı yubadırmış. Nəhayət noyabrın 11-nə keçən gecə T.Şəkərov İsmayıldan növbəti dəfə pulunu istəyəndə onlar arasında dava düşüb. Bu zaman T.Şəkərov bıçaqla həmyerlisinə zərbə endirərək onu qətlə yetirib.

 

*****

 

11 noyabr 11:59

 

Bakıda daha bir qətl törədilib. Lent.az Bakı şəhər Baş Polis İdarəsinə istinadən xəbər verir ki, Sabunçu RPİ 14-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 11-də Maştağa qəsəbəsi A.M.Əbdülkərim küçəsində, 1987-ci il təvəllüdlü İsmayıl Abduləliyevi bıçaqla qətlə yetirməkdə şübhəli bilinən Bakı şəhər sakini, 1977-ci il təvəllüdlü Tofiq Şəkərov tutulub.

 

Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 454

Oxşar yazılar