<b>Bakıda 71 yaşlı kişini yerə yıxıb pulunu əlindən alan şəxslər tutuldu</b>
14 iyun 2016 11:48 (UTC +04:00)

Bakıda 71 yaşlı kişini yerə yıxıb pulunu əlindən alan şəxslər tutuldu

0

Daxili İşlər Nazirliyi Bakıda baş vermiş quldurluq hadisəsi ilə bağlı məlumat yayıb. Lent.az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, Baş Cinayət Axtarışı İdarəsi və Səbail RPİ 9-cu PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 12-də Bakı şəhər sakini Nizami Əlizadənin 350 manat pulunu quldurluq yolu ilə almış paytaxt sakinləri Fuad Babayev və Murad Vəliyev tutulub.

 

Araşdırma aparılır.

 

*****

 

13 iyun    17:38

 

Bu gün Bakıda soyğunçuluq hadisəsi baş verib. Lent.az-ın məlumatına görə, saat 02 radələrində Bakı şəhər sakini, 1945-ci il təvəllüdlü Nizami Xəlil oğlu Əlizadə Daxili İşlər Nazirliynin 102 xidmətinə məlumat verib ki, saat 01:45 radələrində M.Hüseyn küçəsi 2, mənzil 10-un qarşısında tanımadığı 3 nəfər şəxs ona hücum edib. naməlum şəxslər 71 yaşlı kişini döyüb yerə yıxaraq cibində olan 350 manat pulunu götürüb qaçıblar.

 

Müraciət əsasında araşdırma aparılır.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 379

Oxşar yazılar