Bu gün Bakıda ölümlə nəticələnən bədbəxt hadisə baş verib. Lent.az-ın məlumatına görə, 1985-ci il təvəllüdlü Şəhriyar Hüseynov koma vəziyyətində Kliniki Tibbi Mərkəzə gətirilib. Həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.
Bildirilir ki, 31 yaşlı Ş.Hüseynov narkotik vasitənin təsiri nəticəsində vəfat edib.
Faktla bağlı araşdırma aparılır.