Bakıda Xuliqanlıq hadisəsi baş verib. Lent.az-ın məlumatına görə, Salyan rayon sakini olan 1992-ci il təvəllüdlü Muradlı Orxan Məmməd oğlu 30-cu Polis Bölməsinə müraciət edərək bildirib ki, gecə saatlarında tanışı, 1988-ci il təvəllüdlü Ağakişiyev Ceyhun Əmir oğlu onu döyüb. Şikayətçi 28 yaşlı oğlanın onu xuliqanlıq zəminində vurduğunu qeyd edib.
Müraciət əsasında araşdırma aparılır.