Daxili İşlər Nazirliyi Bakıda baş vermiş bədbəxt hadisə ilə bağlı məlumat yayıb. Lent.az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, oktyabrın 8-də Şabran rayon sakini Ayşən Məmmədova Yasamal rayonu ərazisində kirayədə yaşadığı evdə dəm qazından zəhərlənərək ölüb. Araşdırmalar aparılır.
Qeyd edək ki, 23 yaşlı A.Məmmədovanın meyiti Şəfayət Mehdiyev küçəsindəki mənzilim hamam otağında aşkarlanmışdı.
***
09 oktyabr, saat 20:00
Bakıda ölümlə nəticələnən bədbəxt hadisə baş verib. Yasamal rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Şəfayət Mehdiyev küçəsi 31 ünvanında kirayədə yaşayan 1992-ci il təvəllüdlü Məmmədova Ayşən Mahir qızı mənzilin hamam otağında dəm qazından boğulub. Hamamdan çıxmadığını görən yaxınları içəri daxil olanda gənc qızın meyiti ilə qarşılaşıblar.
Faktla bağlı araşdırmalar aparılır.