<b>Bakıda 23 yaşlı oğlan faciəvi şəkildə öldü</b> - YENİLƏNİB
23 iyun 2016 12:07 (UTC +04:00)

Bakıda 23 yaşlı oğlan faciəvi şəkildə öldü - YENİLƏNİB

0

Daxili İşlər Nazirliyi Bakıda baş vermiş ölümlə nəticələnən bədbəxt hadisə ilə bağlı məlumat yayıb. Lent.az nazirliyin saytına istinadən xəbər verir ki, iyunun 22-də Qaradağ rayonundakı Səngəçal neft terminalının ərazisində Neftçala rayon sakini Nahid Quliyev idarə etdiyi “QAZ-53” markalı avtomobili arxaya verərkən su hövzəsinə düşüb və orada fəhlə işləyən Qazax rayon sakini Şadman Kazımov avtomobilin altında qalaraq ölüb.

 

Araşdırma aparılır.

 

*****

 

10:57

 

Bakıda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

 

Qaradağ Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə “Azərtrans” MMC-nin ərazisində qeydə alınıb. Neftçala sakini, 1983-cü il təvəllüdlü Nahid Quliyev idarə etdiyi, şirkətə məxsus “QAZ-53” markalı yük maşınını arxaya verərkən orada işləyən fəhlə, 1993-cü il təvəllüdlü Azər Şadman oğlu Kazımov maşının altında qalaraq ölüb.

 

Faktla bağlı araşdırma aparılır.

 

Lent.az-a hüquq-mühafizə orqanlarından verilən məlumata görə, yük maşını kanalizasiya suyunu çəkərkən A.Kazımov ehtiyatsızlıqdan gölməçəyə yıxılıb. O, hadisə yerində vəfat edib.

 

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 360

Oxşar yazılar