AzTV-də iş yerində vəfat edən diktor dəfn edildi
26 iyun 2016 10:26 (UTC +04:00)

AzTV-də iş yerində vəfat edən diktor dəfn edildi

0

İyunun 24-də saat 18:05 radələrində Mehdi Hüseyn küçəsi 1 ünvanında yerləşən Azərbaycan Televiziya və Radio verilişləri Qapalı Səhmdar Cəmiyyətində vəfat edən tanınmış diktor Bəxtiyar Şərifzadə doğulduğu Qax rayonunda dəfn edilib. Lent.az-ın məlumatına görə, 1962-ci ildə Qax rayonunda anadan olmuş, Yasamal rayonu, 3-cü Alatava küçəsi 282 a ünvanında yaşayan Şərifzadə Bəxtiyar Nadir oğlu diktorluq fəaliyyəti ilə yanaşı, bir sıra sənədli filmlərin və çoxsaylı verilişlərin kadrarxası mətnini səsləndirməklə tanınıb.

 

Bəxtiyar Şərifzadə Azərbaycanda dublyaj işində iştirak edib.

 

Qeyd edək ki, tanınmış diktor iş yerində ürək çatışmazlığından qəfil vəfat edib.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 298

Oxşar yazılar