Azərbaycanda nazirlik əməkdaşı qəzaya düşdü
30 oktyabr 2015 11:27 (UTC +04:00)

Azərbaycanda nazirlik əməkdaşı qəzaya düşdü

0

Ucar rayonunda yol qəzası baş verib. Lent.az-ın məlumatına görə, Bakı-Qazax magistralının Ucar rayonundan keçən hissəsində 1983-cü il təvəllüdlü Xankişiyev Elvin Şuriddin oğlunun idarə etdiyi "Mercedes" Bərdə sakini, 1963-cü il təvəllüdlü Məmmədov İdris Məhiyyədin oğlunun sürdüyü "KamAZ"a çırpılıb.

 

Nəticədə E.Xankişiyev ağır bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib.

 

Qeyd edək ki, E.Xankişiyev nazirliklərdən birinin əməkdaşıdır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 306

Oxşar yazılar