“Coca-Cola Azərbaycan”ın baş direktoru vəfat etdi - YENİLƏNİB
03 fevral 2016 10:35 (UTC +04:00)

“Coca-Cola Azərbaycan”ın baş direktoru vəfat etdi - YENİLƏNİB

0

Azerbaijan Coca-Cola Bottlers” (ACCB) şirkətinin baş direktoru Cem Becelin vəfatı ilə bağlı bəzi məqamlar aydınlaşıb. Lent.az-ın əldə etdiyi məlumata görə, dünən axşam saatlarında Cem Becel dostları ilə birlikdə Nəsimi rayonu, Neftçilər prospekti 155 ünvanında yerləşən "Port Baku Residence"nin idman zalına basketbol oynamağa gəlib. Saat 22:10 radələrində basketbol oynayarkən C.Becelin halı qəfil pisləşib və tibbi müdaxiləyədək keçinib.

 

Məlumata görə, C.Becel 1969-cu ildə İstanbulda anadan olub və subay imiş.

 

Ölüm faktı ilə əlaqədar Nəsimi rayon Prokurorluğunda araşdırma aparılır.

 

*****

 

23:25

 

“Azerbaijan Coca-Cola Bottlers” (ACCB) şirkətinin baş direktoru Cem Becel vəfat edib.

 

Lent.az-ın “Qafqazinfo”ya istinadən verdiyi xəbərə görə, o, bu gün Bakıdakı ticarət mərkəzlərinin birinin idman zalında məşq edərkən vəziyyəti pisləşib. Cem Becelin infarktdan öldüyü deyilir.

 

Qeyd edək ki, Cem Becel “Azerbaijan Coca-Cola Bottlers Ltd”də 2014-cü ilin yanvarından baş direktor vəzifəsini icra edirdi.

 

Allah rəhmət eləsin!

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 595

Oxşar yazılar