Tiktoker “Velizar”  bir ay həbsdə qalacaq - YENİLƏNİB
04 fevral 2026 12:55 (UTC +04:00)

Tiktoker “Velizar” bir ay həbsdə qalacaq - YENİLƏNİB

2

Tiktoker "Velizar"ın neçə neçə gün həbsdə qalacağı məlum olub. 

Lent.az xəbər verir ki, sosial şəbəkələrdə tiktokerin həbsi ilə bağlı saxta xəbərlər yayılır. Bildirilir ki, "Velizar" 10 günlük həbs edilib. 

Əldə etdiyimiz məlumata görə isə "Velizar" məhkəmənin qərarı ilə 30 gün müddətinə həbs edilib. 

***

2 fevral, saat 19:17

Sosial şəbəkələrdə əxlaq normaları ilə bir araya sığmayan informasiyaların yayımına qarşı polis əməkdaşlarının profilaktik tədbirləri davam edir.

Lent.az xəbər verir ki, “TikTok” platformasında qeyd edilən qanunsuz əməllərə yol verən “Velizarofficial” adlı səhifəni idarə edən Salman Məmmədov saxlanılıb.

Onun barəsində İnzibati Xətalar Məcəlləsinin internet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi maddəsi ilə protokol tərtib edilib.

Müvafiq qərarla S.Məmmədov inzibati qaydada həbs edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
2
# 5265

Oxşar yazılar