Siyəzəndə mağaza yanıb.
FHN-dən Lent.az-a verilən xəbərə görə, rayon ərazisində ümumi sahəsi 20 m² olan meyvə-tərəvəz mağazasının yanar konstruksiyaları 13 m² sahədə yanıb. Mağazanın qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.