Cavid Əliyev və narkotiklər
14 sentyabr 2022 18:35 (UTC +04:00)

Cavid Əliyev və narkotiklər

Sarayda narkotik satan və təbliğ edən tutuldu - VİDEO

7

Abşeron rayonunda narkotiklərin satışı və təbliğinə qarşı əməliyyat tədbiri keçirilib.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, rayon Polis İdarəsinin Saray Polis Bölməsinin əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında keçirdikləri digər tədbir nəticəsində Saray qəsəbəsində narkotik vasitələrin satışı ilə məşğul olan Cavid Əliyev saxlanılıb.

Onun üzərinə baxış zamanı ümumi çəkisi 2 kiloqram olan marixuana və narkotik vasitələrin satışında istifadə etdiyi elektron tərəzi aşkar olunub.

Cavid Əliyevin ətrafında aparılan arşdırmalar zamanı onun Saray qəsəbəsində əsasən gənclər və yeniyetmələr arasında narkotik vasitlərin təbliği ilə məşğul olduğu müəyyən edilib.

Faktla bağlı Cavid Əliyev barəsində Saray Polis Bölməsində toplanan materiallar Abşeron rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. Saxlanılan şəxsin ətrafında əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Sarayda narkotik satan və təbliğ edən tutuldu

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
7
# 2216

Oxşar yazılar