Rayonda AĞIR QƏZA:  1 ölü, 4 yaralı
02 noyabr 2022 12:40 (UTC +04:00)

Rayonda AĞIR QƏZA: 1 ölü, 4 yaralı

0

Yevlaxda ölümlə nəticələnən ağır yol qəzası olub.

Lent.az-ın məlumatına görə, hadisə Malbinəsi kəndində qeydə alınıb. 34 yaşlı Məhərrəmov Pərvin Çərkəz oğlunun idarə etdiyi "VAZ-2106" markalı avtomobil 42 yaşlı Səfərov Samir Tofiq oğlunun idarə etdiyi "Nissan Maxima" markalı avtomobillər toqquşub. Nəticədə "VAZ-2106"nın sərnişini 56 yaşlı Məhərrəmova Həqiqət Qanboy qızı yerindəcə keçinib.

Avtomobildə olan sərnişinlər 53 yaşlı Cabbarov Nizami Alıkişi oğlu, 51 yaşlı Əlizadə Nəzakət Qanboy qızı və hər iki sürücü müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriblər.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 3462

Oxşar yazılar