Cəlilabadda ölümlə nəticələnən yol qəzası olub.
Lent.az-ın məlumatına görə, hadisə rayonun Göytəpə şəhərində qeydə alınıb. Əmirov Fəqan Rasim oğlu idarə etdiyi "VAZ-2107" markalı avtomobillə 22 yaşlı Gündüz Kərimov və qardaşı Orxanı vurub.
Nəticədə xəstəxanaya yerləşdirilən Gündüz orada dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.